BİRJA

AMB-nin notlarına tələb təklifi 4 dəfə üstələyib
22 NOYABR
136

AMB-nin notlarına tələb təklifi 4 dəfə üstələyib

2017-11-22 15:51:00

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100365S dövlət qeydiyyat nömrəli, 200 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az  BFB-yə istinadən xəbər verir ki, hərraca 17 investor qiyməti 99,2278 manat (10,01%) olan 24 sifariş təqdim edib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 763 660 900 manat təşkil edib. Bununla da, notların hamısı yerləşdirilib.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99,2278 manat (10,01%) müəyyən edilib.

Qiymətli kağızların ödəmə tarixi 20 dekabr 2017-dir. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289