BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
17 NOYABR
157

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-11-17 15:53:00

Fins.az noyabr ayının 17-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar

Pozitivlik  Amerika bazarlarına qayıdıb. Vergi islahatının artan ehtimalı və texnoloji səhmlərdə ralli indekslərə dəstək veriblər. Ralli həmçinin Asiya meydanlarında davam edib, sessiyanın ikinci hissəsində isə pozitivlik düşüb, Asiya bençmarkları günü müxtəlif istiqamətlərdə bağlayıblar. Dünya neft-qaz şirkətlərinin səhmləri ucuzlaşıb, bu Norveçin dövlət fondu Norges Bank Investment Management-in sektordan çıxmaq planları fonunda baş verib (35 mlrd. dollar məbləğində səhmlərini sataraq).

Neft

ABŞ-da neft istehsalçıları həftəlik hasilatı otuz illik maksimumlara qədər artırıblar. 30 noyabrda neft bazarında əsas hadisə OPEC+ iclası olacaq. Bunun ərəfəsində investorlar xüsusi fəallıq göstərmirlər. Hazrıda Brent-in barreli 61,9 - 62$ səviyyəsindədir.

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon: (012) 310-33-30 

www.afi.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289