BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
03 NOYABR
207

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-11-03 16:23:00

Fins.az noyabr ayının 03-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar
D.Tramp FED-in başçısı postuna C.Pauelli təyin etdi. Bazar iştirakçıları maliyyə islahatı planının nəticələrini qiymətləndirirdilər. Bunun fonunda S&P 500 zəif plyusda bağlanıb, kapitallaşması aşağı olan şirkətlərin indeksi Russel 2000 isə 0,2% artıb, korporativ verginin 35%-dən 20%-a düşməsi ən çox kiçik şirkətlərə təsir göstərəcək. Facebook səhmləri zəif maliyyə hesabatı fonunda texnoloji sektoru ardınca çəkərək ucuzlaşıb, lakin NASDAQ indeksi Apple-dən dəstək alıb, investorları bayram satışları proqnozu müsbət mənada təəccübləndirib. İngiltərə bankı ilk dəfə on il ərzində faiz dərəcəsini artırıb, lakin qeyd edib ki, növbəti artım yaxın vaxrlarda olmayacaq. Londonun FTSE 100 indeksi 0,9% artıb. Tokio birjasında Mədəniyyət günü ilə əlaqədar ticarət bağlı olub.Yapon treyderlərin aktiv olmaması səbəbindən Asiyada ticarət xüsusi dinamika göstərməyib. Apple hesabatından sonra fokusda İPhone istehsalçısının Çin və Koreya təchizatçılarıdır.
 
Neft
OPEC+ iştirakçılarının bəyanətləri neft bazarına dəstək olmağa davam edir. Səudiyyə Ərəbistanı və İraq (OPEC-in ən iri neft istehsalçıları) nümayəndələri razılaşmanın 2018-ci ilin mart ayına qədər uzaldılmasına əmindirlər. Küveyt həmçinin razılaşmaya dəstək verir.

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon: (012) 310-33-30

www.afi.az  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291