BİRJA

Brent markalı neftin qiyməti son 27 ayda ilk dəfə olaraq 61 dolları ötüb
01 NOYABR
79

Brent markalı neftin qiyməti son 27 ayda ilk dəfə olaraq 61 dolları ötüb

2017-11-01 08:30:00

Dünya birjalarında neft bahalaşıb.

Fins.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,24 dollar və ya 0,44% artaraq 54,62 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,19 dollar və ya 0,31% artaraq 61,13 dollar olub.

Bununla da Brent markalı neftin qiyməti 2015-ci ilin iyul ayından bəri ilk dəfə 61 dolları keçib. Başqa sözlə, Brent markalı neft 27 aylıq maksimumu yeniləyib. “Qara qızıl”ın bahalaşmasına OPEC+ ölkələrinin hasilatın azaldılması ilə bağlı razılaşmanın müddətinin uzadılacağı ilə bağlı gözləntilər səbəb olub.  

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291