BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
31 OKTYABR 2017
258

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-10-31 16:20:00

Fins.az oktyabr ayının 31-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar

Amerika meydanlarında ehtiyatlı əhval-ruhiyyə hökm sürüb, bu korporativ vergilərin azaldılması haqda məlumatların fonunda baş verib. Qeyd olunub ki, azalma bir neçə il ərzində mərhələli şəkildə keçiriləcək. Xəbər daha çox kiçik kapitallaşması olan şirkətlərə təsir göstərib: Russell 2000 indeksi ən çox avqust ayından ucuzlaşıb. ABŞ-da olan dinamikanın ardınca və Çindən gələn zəif makrostatistikanın fonunda Asiya meydanları əsasən minor dinamika nümayiş etdiriblər.

Neft

Brent markalı neft gün ərzində 61 dollar səviyyəsinə yaxınlaşmağa çalışıb, bu 2015-ci ilin ortalarından ən maksimum göstəricidir. OPEC+ iştirakçılarının, xüsusən də Rusiya və Səudiyyə Ərəbistanının, razılaşmanı uzatmaq istəyi neft bazarına dəstək olmağa davam edir.

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon: (012) 310-33-30

www.afi.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267