BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
30 OKTYABR
132

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-10-30 16:35:00

Fins.az oktyabr ayının 30-na “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar

Amazon.com Inc. və Alphabet Inc. şirkətlərinin güclü nəticələri yüksək texnologiyalı NASDAQ-a dəstək olub. Bunun fonundaən çox  indeks qalxıb. Bu keçən ilin martından bu yana ən yüksək artımdır. ÜDM üzrə pozitiv rəqəmlər digər əsas Amerika indekslərinə dəstək olub, S&P 500 maksimumu yeniləyib. Asiya indeksləri müxtəlif istiqamətli dinamika nümayiş etdiriblər. Tokionun Nikkei indeksi dəyişikliksiz ticarət olunub. Bu arada  Çin bençmarkları aşağı düşüblər, Taiwan Weighted-dən başqa, Cənubi Koreyanın KOSPİ indeksi biraz qalxıb. Avropada isə gərginlik qalxmaqdadır. Beşinci gün Kataloniya parlamenti İspaniyadan ayrılması və müstəqil Kataloniya Respublikasının yaradılması leyhinə səs verib.  

Neft

OPEK+ iştirakçılarının müsbət siqnalları hələ tükənməyib, Brent markalı neftin bir barreli 60$ dollardan-dan yuxarı səviyyəsində möhkəmlənə bilib.

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon: (012) 310-33-30

www.afi.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0287