BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
23 OKTYABR
187

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-10-23 15:41:00

Fins.az oktyabr ayının 23-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar

Amerika indeksləri altı həftə ardıcıl olaraq və növbəti dəfə tarixi maksimumları yeniləyərək artım nümayiş etdiriblər. Digər tərəfdən  ABŞ Senatı tərəfindən vergi islahatları üçün büdcəni təsdiqləməsi indekslərə dəstək olub.

Bu arada Yaponiyanın hazırkı baş naziri Ş.Abenin seçkilərdə qələbə qazanması səhm bazarına təsirsiz ötüşməyib. Seçkilərin nəticəsi səhm bazarına müsbət təsir göstərib. Lakin əvəzində Yapon valyutası iyul minimumlarına qədər düşüb. Öz növbəsində Çin indeksləri ölkədə daşınmaz əmlakın qiymətləri üzrə makro məlumatların çıxması ərəfəsində müxtəlif istiqamətlərdə ticarət olunublar.

Neft

Brent markalı neft keçən həftə ərzində 57$-dan yuxarı həddə möhkəmlənə bilib. Hazırda etalon markalı neftin barreli 57,7-57,8$ səviyyəsindədir. 

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon: (012) 310-33-30

www.afi.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285