BİRJA

Azərbaycan İpoteka Fondu tender elan edir
23 OKTYABR
95

Azərbaycan İpoteka Fondu tender elan edir

2017-10-23 11:08:00

 “Azərbaycan İpoteka Fondu” ASC (AİF) mebel avadanlıqlarının alınması üçün açıq tender elan edib.

Fins.az verir ki, tenderdə iştirak haqqı 50 manatdır.

İddiaçılar ilkin sənədləri noyabrın 15-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə noyabrın 27-nə qədər AİF-in Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 ünvanındakı ofisinə təqdim etməlidirlər (əlaqələndirici şəxsin telefonu: (012) 441-24-23, daxili 111).

Təkliflərə noyabrın 28-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Təkliflər sorğusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar üzrə təkliflərin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20%-i qədər güzəştli düzəliş tətbiq ediləcək. İşin icra müddəti satınalma müqaviləsi imzalandıqdan sonra 20 gündür. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291