BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
19 OKTYABR
133

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-10-19 16:21:00

Fins.az oktyabr ayının 19-na “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar

Hazırda ABŞ-da korporativ hesabatlıq mövsümü davam edir. Hesabatlarını artıq təqdim etmiş S&P indəksinə daxil olan şirkətlərin 80%-i proqnozları üstələyiblər. Baş verənlərin fonunda Amerika bençmarkları maksimumları yeniləyiblər. Beş həftə ərzində ən çox Dow Jones qalxıb.

Lakin bütün bunlara baxmayaraq Çindən gələn pozitiv iqtisadi məlumatlar  bazara təsir etməyib. Belə ki, Asiya indeksləri müxtəlif istiqamətlərdə ticarət olunublar və əksər Çin bençmarkları dəyərdən düşüblər. Bu arada Avropada isə diqqətlər Kataloniyaya yönəlib: Bu gün region üçün müstəqillik iddialarından imtina etməkləri üçün verilən son gündür.

Neft

ABŞ Energetika Nazirliyinin həftəlik hesabatlarına əsasən, ölkədə xam neft ehtiyatı 5,7 mln. barrel azalıb. Benzin ehtiyatı 0,9 mln. barrel qalxıb, distillat isə 0,5 mln. barrel çoxalıb.  

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon: (012) 310-33-30

www.afi.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285