BİRJA

Vüqar Namazov: "Kapital bazarının inkişafı üçün izafi likvidlik yaranıb"
17 OKTYABR
152

Vüqar Namazov: "Kapital bazarının inkişafı üçün izafi likvidlik yaranıb"

2017-10-17 11:01:00

 Azərbaycanda kapital bazarının inkişafı indiyə qədər 2 mərhələdən keçib.

Fins.az xəbər verir ki, bunu SOCAR istiqrazlarının dövriyyəyə buraxılmasının ildönümü ilə bağlı keçirilən “Azərbaycan kapital bazarları: imkanlar və perspektivlər” adlı tədbirdə “Bakı Fond Birjası” QSC-nin sədri (BFB) Vüqar Namazov deyib.

Onun sözlərinə görə, bunlar özəlləşdirmə və postözəlləşdirmə, eləcə də institutlaşma mərhələləridir: “Hazırda isə biz mövcud infrastruktur üzərində bazarı inkişaf etdirmək, investorları bu bazara cəlb etmək mərhələsindəyik. Əvvəllər investorları bu bazarın perspektivinə inandırmağa çalışırdıq, hazırda buna ehtiyac qalmayıb. Bazarda izafi likvidlik yaranıb və bundan istifadə edərək maliyyə alətlərini canlandırmaq lazımdır. BFB-nin kifayət qədər inkişaf etmiş platforması var və burada 1 saniyədə 25 min tranzaksiya həyata keçirmək mümkündür. Birjada 138 min çeşiddə maliyyə aləti var. İndi söz biznesindir”.

V.Namazov onu da qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları uğurla bazarda yerləşdirilib və yerli maliyyə bazarı şirkətin səhmlərinin ilkin tədüvülünə hazırdır.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285