BİRJA

Dövlət istiqrazlarının kəsmə qiyməti nədir və necə hesablanır?
16 OKTYABR
186

Dövlət istiqrazlarının kəsmə qiyməti nədir və necə hesablanır?

2017-10-16 15:15:00

Dövlət istiqrazlarının qiymətinin hesablanması haqqında əvvəlcə onu qeyd etmək lazımdı ki, istiqrazların qiyməti tam ədəd və nöqtədən sonra 4 rəqəmədək yuvarlaqlaşdırılmış şəkildə göstərilir. Dövlət istiqrazları hərracında bazarın təklifi nəzərə alınaraq (qeyri-real qiymətlə verilmiş sifarişlər nəzərə alınmır) istiqrazların kəsmə qiyməti Maliyyə Nazirliyi tərəfindən təyin edilir. Kəsmə qiymət istiqrazın minimum satış qiymətidir. Kəsmə qiymət Dİ hərracı zamanı investorların təklif etdiyi rəqabətli sifarişlər əsasında müəyyən olunur. Bəs rəqabətli və qeyri-rəqabətli sifarişlər nədir? Rəqabətli sifariş investorların almaq istədiyi istiqrazların sayını və qiymətini göstərməklə Maliyyə Nazirliyinə etdiyi təklifdir.

Eləcə də bax: Dövlət istiqrazlarını necə və hara müraciət etməklə almaq olar?

   Rəqabətli sifariş hərrac zamanı müəyyən edilmiş kəsmə qiymətdən aşağı olmadıqda təmin edilir. Qeyri-rəqabətli sifariş isə hərrac zamanı rəqabətli sifarişlərin orta ölçülmüş qiymətlə (orta ölçülmüş qiymət – yerləşdirilmiş istiqrazların hasilatının nominal üzrə həcminə bölünərək 100-ə vurulması ilə tapılır) sifarişdə göstərilən pul vəsaiti məbləğində investorların Maliyyə Nazirlyinə etdiyi təklifdir. Yəni, rəqabətli sifarişdə say və qiymət göstərilir, misal üçün, investor 100 ədəd 92.1212 AZN (məbləğ 9 212.00 AZN) qiymətlə sifariş verir və həmin investor rəqabətli sifarişin məbləğinin (məbləğ 9 212.00 AZN) maksimum 20%-i həcmində qeyri-rəqabətli, yəni, qiymət və say göstərmədən ümumi məbləği göstərməklə sifariş verə bilir: 9 212.00 * 20% = 1 842.42 AZN. Yəni, həmin investor maksimum 1 842.42 AZN dəyərində qeyri-rəqabətli sifariş verə bilər. Sifarişlər təmin olunan zaman ilk olaraq qeyri-rəqabətli sifarişlər təmin edilir.

Eləcə də bax: İstiqrazlarla necə pul qazanmaq olar?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285