BİRJA

“Məhərrəmlikdən sonra qızıl bahalaşacaq”
16 OKTYABR
219

“Məhərrəmlikdən sonra qızıl bahalaşacaq”

2017-10-16 14:52:00

Son 1 ildə dünya bazarında 3.75 faiz bahalaşan qızılın 1 qramı hal-hazırda 42 dollara yaxın təklif edilir. Bunu Fins.az-a iqtisadçı-ekspert  V.Bayramov deyib. Onun sözlərinə görə, bu hər unsiyanın qiymətinin 1300 dollar olması deməkdir:" Bu gün qızılın hər unsiyasında 2.5 dollar artım qeydə alınıb. Amma hələlik dünya bazarında qızılın qiymətində kəskin artımlar proqnozlaşdırılmır". Ekspert əlavə edib ki, məhərrəmlik ayının başlaması ilə bağlı olaraq Azərbaycanın qızıl bazarında durğunluq müşahidə edilir. Bununla belə, güman olunur ki, növbəti ayın ortalarından başlayaraq daxil bazarda qızıla tələb yenidən yüksələcək və bu da qiymət artımlarına gətirib çıxara bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291