BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
13 OKTYABR
184

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-10-13 16:03:00

Fins.az oktyabr ayının 13-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar
Korporativ hesabatlıq ərəfəsində Amerika indeksləri düşüblər, S&P 500 indeksi Citigroup və JPMorgan səhmlərinin təzyiqi altında qalıb (banklarda istehlak kreditləşmə seqmenti investorları narahat edir). 
Asiya səhmləri pozitiv dinamika nümayiş etdirməyə davam edirlər.
 
Neft
Qlobal hasilat və neftə tələbat üzrə Beynəlxalq Enerji Agentliyinin qiymətləndirilməsinə görə, ehtiyatlarda azalma dayanacaq. Energetika Nazirliyinin hesabatı göstərib ki, ABŞ-da xam neft ehtiyatı 2,7 mln. barrel azalıb. Benzin ehtiyatları 2,5 mln. barrel çoxalıb, distillat isə 1,5 mln. barrel azalıb. Hal-hazırda Brent markalı neftin qiyməti 57,4-57,5$ səviyyəsindədir.

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon: (012) 310-33-30

www.afi.az  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296