BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
12 OKTYABR
97

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-10-12 16:08:00

Fins.az oktyabr ayının 12-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar

Keçən ay keçirilən və dünən dərc olunmuş FED iclasının protokolu onu göstərdi ki, tənzimləyici orqan üzvlərinin bu il dərəcələrin bir daha artırılması haqda fikirləri fərqli olub: bəziləri bu perspektivə ehtiyatla yanaşırlar. Hazırda bazar ilin sonunadək artırılma ehtimalını 77% səviyyəsində dəyərləndirir. Bunun fonunda dollar aşağı düşüb. Amerika indeksləri isə qalxıblar. Yaponiyanın Nikkei indeksində ralli davam edib, indeks iyirmi illik maksimumu yeniləyib.

Neft

OPEC neft hasilatının artım proqnozunu kartelə daxil olmayan ölkələrdə aşağı salıb. Eyni zamanda, cari il dünya iqtisadiyyatının möhkəmlənməsi fonunda, OPEC-in neft üzrə qlobal tələbin proqnozu sutkada 30 min barrrel yaxşılaşdırılıb (sutkada 96,8 mln. barrelə qədər 2017-ci ildə və sutkada 98,19 mln. barrel 2018-ci ildə). OPEC-in pozitiv hesabatına baxmayaraq, ABŞ və Liviyada hasilatın artması ilə bağlı bazar bir qədər narahatdı.

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon(012) 310-33-30

www.afi.az  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297