BİRJA

Dövlət istiqrazları üzrə növbəti hərrac olacaq
12 OKTYABR
95

Dövlət istiqrazları üzrə növbəti hərrac olacaq

2017-10-12 15:28:00

7 oktyabr 2017-cı il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcəkdir. Bakı Fond Birjasından Fins.az-a daxil olmuş məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

 İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

 

Dövlət istiqrazının növü

Diskontlu,qısamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0102027544

Emissiya həcmi

20 000 000 AZN

Nominal dəyəri

100 AZN

İstiqrazların tədavül müddəti

182 gün

Ödəmə tarixi

17.04.2018

Anderrayter

Paşa Kapital İŞ QSC

 Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296