BİRJA

Bakı Fond Birjasının dövriyyəsi 2 dəfədən çox artıb
12 OKTYABR
66

Bakı Fond Birjasının dövriyyəsi 2 dəfədən çox artıb

2017-10-12 11:41:00

Bu ilin yanvar-sentyabr aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 7 978,213 mln. manat təşkill edib.

Fins.az Report-a   BFB-dən verilən xəbərə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 69,5% artaraq 59 968-ə çatıb.

BFB-nin dövriyyəsinin 46,2%-i və yaxud 3 685,709 mln. manatı törəmə maliyyə alətlərinin hesabına düşüb. Bu, 1 il əvvələ nisbətəm 14.9% çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 7,9 dəfə artaraq 3019,096 mln. manata, səhm bazarı üzrə əqdlərin dəyəri 24,8 dəfə artaraq 667,82 mln. manata, istiqraz bazarı üzrə əqdlərin dəyəri 11 dəfə artaraq 594,012 mln. manata, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 7,9 dəfə artaraq 11,577 mln. manata çatıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296