BİRJA

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
11 OKTYABR
142

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

2017-10-11 18:51:00

Oktyabrın 11-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) 50100262S dövlət qeydiyyat nömrəli, 150 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

BFB-dən bildiriblər ki, hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.2278 AZN (10.01 faiz) olan 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 431 920 400,00 AZN olub.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10.01 faiz), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01 faiz) müəyyənləşdirilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 150.000.000 AZN təşkil edib. Notlar noyabrın 8-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296