BİRJA

Dövlət istiqrazlarını necə və hara müraciət etməklə almaq olar?
09 OKTYABR
239

Dövlət istiqrazlarını necə və hara müraciət etməklə almaq olar?

2017-10-09 11:55:00

Azərbaycanda dövlət istiqrazlarını faktiki olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi buraxır. Fins.az xəbər verir ki, Dövlət istiqrazlarının hərracı yalnız Bakı Fond Birjasının ticarət sistemində kütləvi təklif üsulu ilə həyata keçirilir. Bakı Fond Birjasının (BFB) ticarət sisteminə birbaşa çıxışı olanlar isə yalnız investisiya şirkətləri (İŞ) və Mərkəzi Bankdır. Yəni investorlar dövlət istiqrazlarını almaq üçün ilk növbədə investisiya şirkətlərindən birinə (brokerlərə) müraciət etməlidirlər. 2-ci mərhələdə isə investor investisiya şirkətinə istiqrazları müəyyən etdiyi gəlirliklə almaq üçün tapşırıq verir. İş isə gəlirliyə uyğun istiqrazın qiymətin hesablayır və BFB-nin ticarət sistemində sifarişi investorun adından yerləşdirir.

Dövlət istiqrazları hərracı adətən həftədə 1 və ya 2 dəfə olur. Hərrac gününün sonuna kimi bazarın tələbinə uyğun olaraq Maliyyə Nazirliyi hərracın nəticələrini açıqlayır. Maliyyə Nazirliyi ən aşağı gəlirliklə verilən sifarişdən yuxarıya doğru istiqrazların yerləşdirilməsini təmin edir. Bu qayda ilə investorun sifarişi icra olunursa növbəti gün hesablaşma edilir. Yəni əqdi baş tutmuş istiqrazların dəyərini investor növbəti gün ödəyir. Maliyyə Nazirliyi istiqrazlarının emissiya prospekti haqqında məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:

http://www.maliyye.gov.az/sites/default/files/Az%C9%99rbaycan%20Respublikas%C4%B1%20Maliyy%C9%99%20Nazirliyinin%202016-ci%20il%20%C3%BCzr%C9%99%20D%C3%B6vl%C9%99t%20q%C4%B1sam%C3%BCdd%C9%99tli%20istiqrazlar%C4%B1n%C4%B1n%20EM%C4%B0SS%C4%B0YA%20PROSPEKT%C4%B0%20%28AZN%20il%C9%99%29.pdf

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289