BİRJA

Dövlət İstiqrazları üzrə hərrac olacaq – MƏBLƏĞ AÇIQLANDI
06 OKTYABR
149

Dövlət İstiqrazları üzrə hərrac olacaq – MƏBLƏĞ AÇIQLANDI

2017-10-06 17:28:00

10 oktyabr2017-cı il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcəkdir.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü

Diskontlu,qısamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0104026544

Emissiya həcmi

25 000 000 AZN

Nominal dəyəri

100 AZN

İstiqrazların tədavül müddəti

364 gün

Ödəmə tarixi

09.10.2018

Anderrayter

Paşa Kapital İŞ QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296