BİRJA

İstiqraz buraxmaqla borc almağın kreditdən fərqləri
06 OKTYABR
164

İstiqraz buraxmaqla borc almağın kreditdən fərqləri

2017-10-06 14:20:00

İstiqraz buraxmaqla borc almağın kreditdən 3 fundamental fərqi var. Fins.az oxucularına əsas 3 fərqi təqdim edir.

1) Kreditin maksimum məbləği qoyulan girovun həcmi ilə məhdudlaşır. Yəni sizin əla biznesiniz var və ya onu genişləndirmək planınız var və bunun üçün əlavə kredit lazımdır , amma girovunuz yoxdur. Bu halda az ehtimal var ki, siz kredit götürə bilərsiniz. Lakin istiqraz buraxmaqla borclanmaq istəyirsinizsə, burada girov mütləq tələb edilmədiyi üçün əsas diqqət sizin proyektin rektabelliyinə və risklərinə yönəlir və məbləğ sizin gələcək gəlirlərinizin həcmi ilə məhdudlaşdırılır. Yəni indiki əmlakınızın girov kimi yetərli olmaması əhəmiyyət daşımır. Əsas nə iş gərəcəyiniz, necə pul qazanıb borcunuzu qaytaracağınızdır və buna bir investisiya şirkətini inandırmaqdır.

Eləcə də bax:  İstiqrazlarla necə pul qazanmaq olar?

2) Əgər kredit xətti deyilsə siz kreditin əsas məbləğini hər ay geri ödəməklə onu azaltmalısız və müəyyən müddətə krediti ödəyib bitirirsiz. Əgər gəlir marjanız aylıq ödənişdən azdırsa müəyyən müddətdən sonra likvidlik problemi yaşamaq ehtimalınız vardır. İstiqrazlar üzrə isə əsas məbləğin ödənişi müddətin sonunda bütöv həyata keçirilir. Emitent müddət ərzində 3 aydan bir yalnız faizləri ödəyir. Müddətin sonunda əsas məbləği ödəmək isə maliyyə sualıdır. Yəni Siz bu tarixə 6 ay qalmış bu həcmdə vəsaiti hansı maliyyələşmə mənbəyi hesabına həll edəcəyinizi düşünürsüz. Əgər növbəti borclanmaya ehtiyacınız yoxdursa şirkətin toplanmış vəsaiti hesabına, yaxud yeni istiqraz və ya səhm emissiyası yolu ilə vəsait cəlb edib və ya bank krediti cəlb edib və ya hər hansı bir əmlakı satıb əsas məbləği tam vaxtında geri ödəyəcəksiniz.

Eləcə də bax: Qiymətli kağız nədir? – İSTİQRAZ ANLAYIŞI

3) Kredit bir bankdan götürülübsə və bu maksimum həcmdədirsə, siz onu ödəyib bitirməlisiniz. Yəni sizin inkişaf etməyinizə, kredəbilitinizin (kredit ödəmə qabiliyyətiniz) artmasına baxmayaraq kreditiniz azalmalıdır, yəni onu ödəyib bitirməlisiniz. Lakin bir şirkətin vəziyyəti 1, 2, 3 il ərzində yaxşıya doğru artırsa bu o deməkdir ki, şirkətin kredəbilitisi artır və ona daha çox borc verməyə razı ola biləcək investorlar vardır. Yəni istiqraz buraxmaqla sizin kredbilitiniz artdıqca borcunuzu da artıra bilərsiz və bu vəsaitləri öz inkişafınıza yönləndirə bilərsiz.

Eləcə də bax: Borc götürün, faizi investorların rəqabəti ilə müəyyən edilsin – MİNİMUM 1 000 000 AZN

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9983
  • ₽ RUB
    0.0287