BİRJA

Kapital Bankın səhmləri neçəyədir?
05 OKTYABR
273

Kapital Bankın səhmləri neçəyədir?

2017-10-05 17:09:00

Fins.az xəbər verir ki, Kapital Bank ASC-nin 2016-cı il üzrə açıqlanmış maliyyə hesabatlarına əsasən  bankın nizamnamə kapitalı hər birinin nominal dəyəri 12.39 manat olmaqla 15 000 000 adi səhmdən ibarətdir. Bank 31 dekabr 2014-cü il tarixində başa çatan il üzrə adi səhmlərlə bağlı səhmdarlarına ümumilikdə 65 891 000 manat dividend hesablanaraq, 2015-ci ildə səhmdarların ümumi yığıncağının qərarı əsasında tam ödənilib. 31 dekabr 2015-ci il tarixində başa çatan il üzrə isə bankın səhmdarlarına 61 924 000 manat dividend hesablanıb və 2016-cı ildə tam ödənilib. Qeyd edək ki, göstərilən məbləğlərə səhmdarlar adından ödənilməli olan ödəmə mənbəyində vergi də (10%) daxil edilib. Bankın 2015-ci il üzrə xalis mənfəətini səhmlərin ümumi sayına böldükdə 1 səhm üzrə vergi daxil olmaqla 4.13 manat ödənildiyini görərik. 2014-cü ilin isə xalis mənfəətindən 1 səhmə görə 4.39 manat dividend ödənilib. Son iki ildə Kapital Bank səhmdarlarına 127 milyon divident ödəyib.

Eləcə də bax: Səhm nədir?

 Hazırda Kapital Bankın səhmlərinin bir hissəsi fiziki şəxslər arasında alınıb-satılır. İnvestisiya şirkətlərindən aldığımız məlumata əsasən bankın 1 səhminin qiyməti 18-22 manat arasında dəyişir və bu qiymət bazarın tələb və təklifi əsasında formalaşır. Son illərdə stabil olaraq dividendlərin verilməsi bankın bir səhminin qiymətinin nominal dəyərindən yuxarı qalxmasına səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296