BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
05 OKTYABR
150

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-10-05 16:36:00

Fins.az oktyabr  5-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar

Amerika indeksləri rekordları yeniləyərək rallini davam etdiriblər. Belə ki, investorlar ABŞ əmək bazarı üzrə hesabatı 5-ci günə kimi gözləməli olacaqlar. Həftəsonu Çin, Tayvan və Cənubi Koreyada da qeyri-iş günüdür. Digər Asiya meydanları xüsusi dinamika ilə fərqlənməyiblər. Avstraliya dolları ölkədə pərakəndə satışın gözlənilməz düşməsi fonunda ucuzlaşıb. Amerika dolları isə D.Tramp tərəfindən FED başçısının təyin edilməsi ərəfəsində 11 aylıq maksimumlar səviyyəsindədir.   

Neft

ABŞ-da xam neft ehtiyatı 6,0 mln. barrel azalıb, bu analitiklərin proqnozlarını 8 dəfə üstələyir. Benzin ehtiyatı 1,6 mln. barrel çoxalıb, distillat ehtiyatı isə 2,6 mln.barrel azalıb. Hal-hazırda Brent markalı neftin bir barreli 56,1 – 56,2$ səviyyəsindədir.

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon: (012) 310-33-30

www.afi.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296