BİRJA

İyulda Türkiyə Azərbaycandan 541 milyon kubmetr təbii qaz idxal edib
25 SENTYABR
129

İyulda Türkiyə Azərbaycandan 541 milyon kubmetr təbii qaz idxal edib

2017-09-25 12:02:00

Bu ilin iyul ayında Türkiyə Azərbaycandan 541 milyon kubmetr təbii qaz idxal edib.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Ümumilikdə cari ilin yanvar-iyul aylarında isə Azərbaycandan Türkiyəyə 3 milyard 884,71 milyon kubmetr təbii qaz ixrac olunub. Cari ilin iyununda Türkiyə Azərbaycandan 575,05 milyon kubmetr təbii qaz idxal etmişdi.

İyulda Türkiyə boru kəmərləri ilə ümumilikdə 3 milyard 739 milyon kubmetr, LNG terminalları vasitəsilə isə 396 milyon kubmetr təbii qaz idxal edib.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285