BİRJA

SOCAR İstiqrazları bahalaşıb
25 SENTYABR
161

SOCAR İstiqrazları bahalaşıb

2017-09-25 09:33:00

İstiqrazların təkrar bazarı üzrə market-meyker PSG Kapital şirkətindən verilən məlumata görə, hazırda SOCAR İstiqrazlarını birjada 1007.50 dollara satmaq, 1011.20 dollara almaq olar.

Fins.az xəbər verir ki, bahalaşmanın əsas səbəbi bazarda istiqrazlara tələbatın artması və növbəti faiz ödənişinin yaxınlaşmasıdır. Növbəti ödəniş oktyabrın 17-də nəzərdə tutulub və həmin gün investorlara 1,25 milyon dollar ödəniləcək.

Qeyd edək ki, hazırda SOCAR İstiqrazı almış xarici investorlar arasında Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər ölkələrin vətəndaşları da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297