BİRJA

Azərbaycan İpoteka Fondu daha 25 mln. manatlıq istiqraz yerləşdirəcək
22 SENTYABR
267

Azərbaycan İpoteka Fondu daha 25 mln. manatlıq istiqraz yerləşdirəcək

2017-09-22 17:11:00

28 sentyabr 2017-ci il tarixində BFB-də “Azərbaycan İpoteka Fondu” ASC-nin 25 000 000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 001,67 manat qiyməti ilə satışa çıxarılacaq.

Finsa.z xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan İpoteka Fondu” ASC-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 16 avqust 2017-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 000 000 manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi isə 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək.

Qeyd edək ki, Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

©BBN

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289