BİRJA

Mərkəzi Bank Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilmişdir
20 SENTYABR
132

Mərkəzi Bank Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

2017-09-20 16:08:00

20 sentyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100261S dövlət qeydiyyat nömrəli, 100 mln manat həcmində, 28 gün tədavül müddəti diskontlu notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 17 investor tərəfindən qiyməti 99.2278 AZN (10.01%) olan 22 sifariş təqdim edilmişdir.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01%) müəyyən edilmişdir. Sifarşlərin nominal qiymətlə ümumi məbləği 380 976 700,00 AZN, yerləşdirilmiş həcmi isə 100 mln manat təşkil edilmişdir.

Notların ödəmə tarixi 18 oktyabr 2017-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297