BİRJA

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir
19 SENTYABR
194

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

2017-09-19 17:25:00

19 sentyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104024549 ISIN-li, 15 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 12 investor tərəfindən qiyməti intervalı 89.2430 AZN (12.1200%) və 93.0589 AZN (7.4999%) olan 27 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.7156 AZN (7.9000%), orta ölçülmüş qiyməti 92.9129 AZN (7.6697%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 69,597,200.00 yerləşdirilmiş həcmi isə 15 mln manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi – 18 sentaybr 2018-cu il.

Hərrac iştirakçıları 20 sentyabr 2017-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289