BİRJA

Neftin qiymətinin artirilmasının yeni üsulu
15 SENTYABR
571

Neftin qiymətinin artirilmasının yeni üsulu

2017-09-15 10:02:00
Ən böyük neft ixraatcısı olan Səədüyyə Ərəbistanı neftin hasilatını azaltmamağı, əvəzində bu təbii resursun ixraacını azaltmağı haqqında düşünür. Son bir il rəzində OPEK neftin hasilatını hər günə görə 1 milyon barel azaldıb.
Fins.az xəbər verir ki, bu fonda neftin ixraacı da azalıb. Lakin bu azalma elə də çox deyil. Analitiklərin fikrincə məsələnin bu cür inkişafı OPEK üzvləri və digər neft ixraacatçılarının 2016-cı ildə  imzaladığı hasilatın azalması barədə müqaviləni müəyyən qədər şübhə altına ala bilər.
Dünyada ən böyük neft ixraacatçısı və OPEK üzvü olan Ər-Riyad neftin hasilatını azaltmaq yerinə ixraacatı azaltmağı təklif edir. OPEK-in ötən dəfə  hasilatın azaldılması qərarından sonra neft ixraacatında azalma müşahidə olunmuşdu. Həmin vaxt bəzi neft ölkələri xaricə daha çox neft satmaq üçün daxili tələbatı azaltmaqla və anbarlardakı nefti satmaqla xaricə ixraacatı artırmışdılar. Neft bazarının iştirakçıları Səədüyyə rəsmiləri ilə görüşləri zamanı xaricə ixraacatın neftin qiymətinin artmamasına gətirib çıxardığını bildiriblər. Görüşlərdə  Goldman Sachs və Glencore-in banisi eks treyder Conatan Qoldberq  və BBL Commodities-in banisi həmçinin Andurand Capital Management təsisçisi Pyer Anduran iştirak ediblər.
Onlar da təsdiq ediblər ki, hasilatın azalmasına baxmayaraq neftin ixraacatında azalma müşahidə olunmayıb. O da istisna edilmir ki, Ərəbistanın yeni təklifinin arxasında İPO Saudi Aramco neft şirkətinin maraqları dayanır. Hesab olunur ki, neftin qiymətinin qalxması bu şirkətin qiymətinin də bahalaşmasına müsbət təsir edəcək.
Lakin istənilən dəyişiklik OPEK ölkələrinin digər üzvləri tərəfindən birmənalı qarşılanmaya bilər. Buna səbəb bu ölkələrin öz iqtisadi siyasətləri haqqda bütün məlumatları açmamaq dayanır. Bütün dünya üzrə neft hasilatının 40% OPEK ölkələrinin üzərinə düşür. Lakin bazarı yalnız ixraacatın həcmi maraqlandırır deyə Alfa Energy konsalting şirkətinin rəhbəri Con Xoll bildirib.
2016-cı ildə OPEK üzvləri tərəfindən hasilatın azaldılması ilə bağlı qərar qəbul edildikdən sonra bu günə kimi hər günə 213 milyon barel az neft hasil olduğu bildirilir. Dünyada neft tankerlərinin və digər vasitələrinin daşınmasına nəzarət edən Kpler orta hesabla günə 1 milyon barel daha az daşındığı bildirilib. Beynəlxalq Energetika Agentliyinin hesablamalarına görə OPEK iyul ayı ərzində hər günə görə 880000 barel az neft hasil edib.
Kpler-in məlumatına görə rəsmi Ər-Riyad 7 milyon barel iyulda, 6.6 milyon barel isə avqust ayında hər günə neft hasilatında azalma müşahidə olunub.
Kpler-in hesablamalarına görə avqustda OPEK, iyula nisbətən ixracatı hər günə görə 639000 barel azaldıb. Lakin bu azalmanın Səədüyyə Ərəbistanı və BƏƏ-nin hesabına baş verdiyi bildirilib. Göstərilən tarixdə Əlcazair, Anqola, İran və Kuveytin əksinə ixraacatı artırdığı bildirilir.
Ekspertlərin fikrincə baxmayaraq ki, heç bir neft ölkəsi Səədüyyə Ərəbistanının təklifinə birbaşa etiraz etməyib amma buna rəğmən onları ixracatı azaltmağa məcbur etmək çətin olacaq.
OPEK nümayəndələri də bildirirlər ki, ixrac barədə yeni qaydaları qəbul etmək elə də asanlıqla baş verməyəcək. Həmçinin hər ölkəyə individual hasilatın tətbiq edilməsinin də çətin olacağ bildrilir. Ekspertlər qeyd edir ki, hasilatdan fərli olaraq ixraacata nəzarət etmək daha çətin olacaq.  OPEK-in neft ixraacatına nəzarəti ələ ala biləcəyi təqdirdə ABŞ-da şist neftinin gündəmə gələcəyi qeyd olunur.
Hazırda 2016-cı ildə Energetika naziri olan Al-Faliha ümüdlər böyükdü. Yalnız onun bir zamanlar Səədüyyə şahzadəsi Muhəmməd ibn Salmanı neft hasilatını azaltmağa inandıra bilib. Ekspertlərin fikrincə, onun fikrincə bu addım neftin bir barelinin qiymətini 60 dollara çatdıracaq ki, buda IPO Saudi Aramco üçün minimal ən uğurlu göstərici hesab olunur. İyulun sonlarında Əl-Falih OPEK ölkələrinin  nazirlərinə mən avtoritetimi itirirəm sözlərinə yazmağı onun səbrinin bitdiyinə işarə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293