BİRJA

"Avronun məzənnəsi 1,25 dollara çatacaq"
12 SENTYABR
200

"Avronun məzənnəsi 1,25 dollara çatacaq"

2017-09-12 15:17:00

Dünya bazarında avro/dollar valyuta cütlüyünün məzənnəsi bir ildən sonra 1,25 USD/EUR səviyyəsinə qədər yüksələ bilər. Belə bir proqnozla Fransanın nüfuzlu "Societe Generale" bankının analitikləri çıxış ediblər. 

Analitiklər bunu avrozonada iqtisadi göstəricilərin yaxşılaşması ilə izah edirlər: "Son açıqlanan məlumatlar onu göstərir ki, 2009-2014-cü illər ərzində bizi narahat edən kreditləşmənin həcminin artmasında müşahidə olan yavaşlama artıq bitib və iqtisadiyyata təhlükə yaranmır". 

Bu ilin II rübündə isə avrozona iqtisadiyyatı 2,2% illik artıma nail olub ki, bu da son 6 ilin maksimal göstəricisidir. Bankın makroiqtisadi strategiya üzrə mütəxəssisi Kit Caks (Kit Juckes) hesab edir ki, avrozonada hazırkı inflyasiya, əmək bazarı və istehlakçıların əhval-ruhiyyəsi Avropa Mərkəzi Bankının (ECB) monetar siyasətini sərtləşdirməyə başlaması üçün zəmin yaradır.

 © Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293