BİRJA

Avqustda Ceyhandan 2,5 milyon tondan çox Azərbaycan nefti dünya bazarına çıxarılıb
08 SENTYABR
104

Avqustda Ceyhandan 2,5 milyon tondan çox Azərbaycan nefti dünya bazarına çıxarılıb

2017-09-08 10:52:00

Bu ilin avqust ayı ərzində 2 milyon 531 min 737 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Fins.az xəbər verir ki, bu həcmin 1 milyon 733 min 485 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-avqust aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi isə 17 milyon 239 min 539 ton təşkil edib.

Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) istismara verilən gündən bu il sentyabr ayının 1-nə qədər Ceyhan limanından 337 milyon 74 min 138 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294