BİRJA

Azərbaycan İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
06 SENTYABR
154

Azərbaycan İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

2017-09-06 18:10:00

08 sentyabr 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondu ASC – nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Qiymətli kağızın ISIN kodu

AZ2020008689

Emissiya həcmi

25 000 000 AZN

Nominal qiyməti

1000 АZN

Hərrac qiyməti

1000 AZN

İstiqrazların tədavül müddəti

18 il (6480 gün)

Faiz dərəcəsi

3 %

Faiz gəlirinin ödəniş müddəti

6 aydan bir (180 gün)

Anderrayter

Paşa Kapital İŞ QSC

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.

AİF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294