BİRJA

OPEC+ ölkələri iyulda hasilat öhdəliklərinə 94% əməl edib
22 AVQUST
107

OPEC+ ölkələri iyulda hasilat öhdəliklərinə 94% əməl edib

2017-08-22 11:20:00

 OPEC+ ölkələrinin neft hasilatının azaldılması anlaşmasına əməl edilməsi üzrə monitorinq keçirən təşkilatın Texniki Komitəsi bu qənaətə gəlib ki, iyul ayında öhdəliklərə 94% riayət edilib. 

Fins.az xəbər verir ki, bu barədə Texniki Komitənin dünən Vyanada keçirilən iclasında bildirilib. 

Qeyd edək ki, iyun ayında analoji göstərici 98% təşkil edib. Öhdəliklərə əməletmə göstəricisinin azalması neft bazarına mənfi təsir edib və qiymətlər 2%-ə yaxin ucuzlaşıb. Belə ki, dünən 52,8 dollar/barel təşkil edən "Brent" markalı neftin qiyməti hazırda 51,80 dollar/barelə bərabərdir.

Xatırladaq ki, anlaşmaya nəzarət üzrə nazirlərin monitorinq qrupu 2 ayda bir dəfə toplaşır. Bu qrupa Səudiyyə Ərəbistanı, Venesuela, Küveyt, Əlcəzair, Oman və Rusiya nümayəndələri daxildir. Anlaşmaya həmçinin Nazirlər Komitəsindən olan ekspertlərin daxil olduğu Texniki Komitə nəzarət edir və bu qrup ayda bir dəfə iclas keçirir. Bu iclaslarda OPEC-in baş katibi Məhəmməd Barkindo da iştirak edir.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293