BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
18 AVQUST
334

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-08-18 14:33:00

Fins.az avqust ayının 18-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar
Virciniya ştatında irqçilik zəminində baş verən zorakılığ, D.Trampın bu barədə verdiyi ziddiyyətli şərhləri, həmçinin Barselonada terror aktı bazarlarda gərginliyi yenidən artırıb. Bunun fonunda        ABŞ indeksləri 1,5-2% civarında itiriblər, volatillik indeksi VİX 32,5% qalxıb. İnvestorlar müdafiə aktivlərinə keçiblər və bu da öz növbəsində, xəzinə istiqrazlarına, qızıla və yenaya dəstək verib. Asiya meydanları da həmçinin neqativ dinamika nümayiş etdiriblər, Şanxay indeksləri istisna olaraq cuzi artım göstərib.
 
Neft
ABŞ-da hasilatın 2015-ci ildən maksimal səviyyəsinə çatması məlumatları Energetika Nazirliyinin pozitiv hesabatını kölgədə qoydu. Dünən neftin qiymətləri investorların tərəddüdü fonunda istiqamətsiz hərəkət edib, Brentin barreli 50$-a qədər düşəndən sonra bir qədər korreksiya olunub və hal-hazırda 51
$-ın üzərindədir.

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon(012) 310-33-30

www.afi.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293