BİRJA

Qısamüddətli notlara böyük tələb – HƏRRACIN NƏTİCƏSİ
16 AVQUST
142

Qısamüddətli notlara böyük tələb – HƏRRACIN NƏTİCƏSİ

2017-08-16 15:18:00

16 avqust 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının ümumi həcmi  200 000 000 manat olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Bakı Fond Birjasından Fins.az-a verilən məlumata görə, hərrac zamanı 15 investor tərəfindən 21 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 541,682,000.00 AZN təşkil etmişdir.

Sifarişlər yalnız 99.2278 AZN (10.01%) qiymətində təqdim edilmişdir.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti – 99.2278 AZN (10.01%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.

Notların nominal üzrə reallaşdırılmış həcmi 200,000,000.00 AZN manat məbləğində müəyyən edilmişdir.
Notların ödəmə tarixi 13.09.2017-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0209
  • ₽ RUB
    0.0292