BİRJA

OPEC+ anlaşması üzrə azalma kvotası artırıla bilər
11 AVQUST
215

OPEC+ anlaşması üzrə azalma kvotası artırıla bilər

2017-08-11 16:09:00

OPEC+ neft hasilatının azaldılması anlaşmasının iştirakçıları hazırda 1,8 mln. barel/gün təşkil edən azalma kvotasının həcmini artıra bilər. Fins.az "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ümumərəb nəşri olan "Asharq Al-Awsat"a açıqlamasında Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bildirib.

"Hazırda neft hasilatını azaltmaq barədə anlaşmanın müddətinin uzadılması barədə müzakirələr gedir. Neft bazarına lazım olarsa, hasilatın azalma kvotalarını da artıra bilərik", - deyə nazir qeyd edib. Əl-Falih S.Ərəbistanının birtərəfli qaydada addım atmayacağını da xatırladıb.

Nazir həmçinin bildirib ki, ölkəsinin dövlət neft şirkəti olan "Saudi Aramco"nun qlobal neft bazarında payını itirəcəyindən qorxmur: "Biz bazarda artıq neft ehtiyatı müşahidə edirik. Lakin bu, tədricən azalır. Düşünürəm ki, müştərilərimiz öz ehtiyatları hesabına bizim neft təklifimizdəki azalmanı kompensasiya edə bilərlər".

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+31°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288