BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
11 AVQUST
368

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-08-11 14:14:00

Fins.az avqust ayının 11-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar
Geosiyasət dünya ticarət meydanlarına təzyiq göstərməyə davam edir. 
Amerika indeksləri 1-2% civarında itiriblər. Volatillik indeksi VİX 44,4% qalxıb və 16,1 səviyyəsində bağlanıb. Avropa indeksləri də həmçinin keçmiş sessiyanı qırmızı zonada bağlayıblar. Asiya meydanları ümümi əhval-ruhiyyənin ardınca neqativ dinamika nümayiş etdirirlər. Müdafiə aktivlərinə tələbat davam etməkdədir: qızıl doqquz aylıq maksimumlara qədər bahalaşıb, yena möhkəmlənib. Yaponiyada bayramla əlaqədər ticarət bağlıdır.   
Neft

OPEC-in aylıq hesabatı iyulda hasilatın gündə 172,6 min barrel artdığını göstərib  32,9 mln. barrelə kimi, Liviya, Nigeriya və Səudiyyə Ərəbistanının hesabına. Komitə Rusiya üçün 2017-ci ildə hasilat proqnozunu 0,04 mln. barrel qaldırıb, günə 11,1 mln. barrelə qədər. Dünən Brent 53$ səviyyəsini keçmişdi, lakin səhər tez bir zamanda aşağıya korreksiya olundu. Hazırda Brentin bir barrelinin qiyməti 52$-dan aşağı ticarət olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0012
  • ₽ RUB
    0.0288