BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
10 AVQUST
380

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-08-10 13:00:00

Fins.az avqust ayının 10-na “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar

Yenidən yüksələn geosiyasi gərginlik fonunda bazarlarda məyus əhval-ruhiyyə üstünlük təşkil edirdi. Buna baxmayaraq, ABŞ indeksləri ticarət sessiyasının sonunda eniş sürətini azaltdılar, bu ABŞ dövlət katibi R.Tillersonun silahlı münaqişənin yaxın perspektivdə olmaması şərhlərində baş verb. Volatillik artmağa davam edib (VİX 1,4% qalxıb). Avropa indeksləri, həmçinin fyuçerslər və valyuta aşağı düşüblər. Asiya ticarət meydanları neqativ dinamika nümayiş etdiriblər. Şimali Koreyanın ünvanına təhdidlərə Cənubi Koreya da qoşulub, əvəzində Şimali Koreya Quam istiqamətində ballistik raket buraxıb. Vona valyutası ucuzlaşıb. Müdafiə aktivlərinə tələbat bir qədər artıb, səhər yena və qızıl bahalaşıblar.

Neft

Opec+ görüşləri nəticəsində BƏƏ, İraq, Qazaxstan və Malayziya bəyan ediblər ki, yaxın aylar ərzində hasilatın azalması ilə bağlı öz öhdəliklərini tam yerinə yetirilməsinə hazırdılar və 21 avqust tarixində texkomitənin növbəti toplantısında iştirak edəcəklər. Xam neft ehtiyatları keçən həftə ərzində 6,5 mln. barrel azalıb. Benzin ehtiyatları 3,4 mln. barrel qalxıb, distillat ehtiyatları isə 1,7 mln. düşüb.

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon(012) 310-33-30

www.afi.az  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289