BİRJA

91 günlük istiqrazların hərracı keçiriləcək
10 AVQUST
186

91 günlük istiqrazların hərracı keçiriləcək

2017-08-10 11:34:00

2017-cı ilin 15 avqust tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcək. Birjadan Fins.az daxil olmuş məlumata görə, hərraca 10 milyon manat dəyirində 91 günlük istiqraz çıxardılacaq.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Hərracın keçirilməsi tarixi

15.08.2017

Dövlət istiqrazının növü

DQİ

Qiymətli kağızın İSİN kodu

AZ0101018544

Ümumi həcmi (manat)

10 000 000

Bir istiqrazın nominal dəyəri (manat)

100

İstiqrazların tədavül müddəti

91 gün

Ödəmə tarixi

14.11.2017

Anderrayter

Paşa Kapital İŞ QSC

 

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297