BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
07 AVQUST
222

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-08-07 14:36:00

Fins.az avqust ayının 07-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar
İyul ayında ABŞ-da yeni iş yerlərinin sayı proqnozları üstələyib, işsizlik azalıb. ABŞ prezidenti D.Tramp əmək bazarına dair məlumatları “əla” qiymətləndirib və bu şəkildə şərh edib: "Mən hələ təzə başlamışam". Makrostatistika qlobal səhmlərə dəstək verib: Amerika indeksləri yaşıl zonada bağlanıblar, DJİA növbəti dəfə maksimumu yeniləyib; Asiya bençmarkları on illik maksimumlar səviyyəsində ticarət olunurlar. Dəmir və poladın qiyməti qalxıb, bu Çindən gələn tənzimləyici xəbrlərin və metal ehtiyatlarının azalması fonunda baş verib.   
 
Neft
Neft aşağıya doğru korreksiya olunur. Bu gün Əbu-Dabidə OPEC+ nümayəndələrinin görüşü başlanacaq, görüşdə
 saziş çərçivəsində hasilatın azaldılması ilə bağlı öz öhdəliklərini yerinə yetirilməməsi səbəbləri müzakirə ediləcək. Hazırda Brentin barreli 51,7-51,8$ səviyyəsində ticarət olunur.

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon(012) 310-33-30

www.afi.az  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+32°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288