BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
03 AVQUST
257

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-08-03 15:48:00

Fins.az avqust ayının 03-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar

Apple şirkətinin beş faizlik artımı Dow Jones indeksini tarixində ilk dəfə 22000 səviyyəsindən yuxarı aparıb. Eyni zamanda digər səhmlərin əksəriyyəti düşüblər, bunun fonunda S&P 500 və Nasdaq sıfırda bağlanıblar. Avropa indeksləri isə mədənçilik sənayəsinə aid səhmlərin ardınca düşüblər. Asiya səhmləri sessiya zamanı demək olar ki, on illik maksimumu yeniləyərək, səhərə yaxın aşağıya doğru çevirildilər. Hökümətin iri korporasiyalara vergilərin qaldırılması planları fonunda Cənubi Koreyanın KOSPİ indeksi (-1,7%) düşmə liderləri sırasında yer alıb. Dollar iki illik minimumlar səviyyəsində ticarət olunub, bu FED tərəfindən dərəcənin artırma təhlükəsi fonunda baş verib. Avro dollara qarşı güclənməyə davam edir.

Neft

Amerika neft institutunun proqnozlarına baxmayaraq, ABŞ Energetika Nazirliyinin hesabatı xam neftinin ehtiyatlarının keçən həftə 1,5 mln. barrel azalmasını göstərib. Bununla belə, bu rəqəm analitiklərin gözləntilərindən zəif olub. Benzin ehtiyatları 2,5 mln. barrel azalıb, distillatlar isə 0,2 mln. barrel düşüb. Benzinə rekord tələbatın olduğunu göstərən məlumatlar ABŞ-da şist hasilatının qalxmasına dair narahatlıqları zəiflədib.

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon(012) 310-33-30

www.afi.az  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287