BİRJA

Brent neftinin qiyməti 52 dollaradək geriləyib
03 AVQUST
235

Brent neftinin qiyməti 52 dollaradək geriləyib

2017-08-03 09:51:00

Dünya birjalarında neft ucuzlaşıb.

Fins.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,17 dollar və ya 0,34% azalaraq 49,42 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,20 dollar və ya 0,38% azalaraq 52,16 dollar olub.

Neftin ucuzlaşmasının səbəbinə gəlincə, investorlar ehtiyatların azalma tempindən və ABŞ-da hasilatın artmasından narazıdır.

Bununla yanaşı, ABŞ-da neft emalı zavodlarının qəfil yüklənməsi investorlar tərəfindən müsbət amil kimi qəbul olunub. Belə ki, bu amil ABŞ-da enerji daşıyıcılarına tələbatın artmasına işarə edir.

Dolların çox aylıq minimumlar ətrafında ticarət olunması neftin kəskin ucuzlaşmasının qarşısını alır.

ABŞ-ın Energetika Nazirliyinin məlumatlarına əsasən, həftə ərzində ölkənin neft ehtiyatları 1,53 mln. barel azalıb. Bundan öncə Amerika Neft İnstitutu (API) həftə ərzində azalmanın 1,78 mln. barel təşkil edəcəyini proqnozlaşdırıb. "S&P Global Platts" tərəfindən keçirilən sorğuda iştirak edən ekspertlərin proqnozlarına görə, həftə ərzində azalma 2,8 mln. barel təşkil edəcək.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9983
  • ₽ RUB
    0.0287