BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
02 AVQUST
336

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-08-02 14:16:00

Fins.az avqust ayının 02-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar
Korporativ hesabatlıq fonunda ABŞ fond indeksləri 0,3%-ə yaxın artırıblar. Dow Jones maksimumu yeniləyərək 22000 səviyyəsinə yaxınlaşıb. Asiyanın texnoloji səhmləri Amerika fyuçerslərinin ardınca qalxıblar, bu Apple şirkətinin hesabatından gələn pozitivlik fonunda baş verib, əsas ticarət sessiyasının bağlanmasından sonra dərc olunan hesabat analitiklərin proqnozlarından güclü olub. Apple şirkətinin təchizatçıları Asiya səhmləri arasında liderlər sırasında yer alıblar. Tokio səhmləri Honda Motor Corp. şirkətinin pozitiv nəticələri fonunda avtomobil istehsalçılarının ardınca qalxıblar. Yeni Zellandiya kivisi ölkədə əmək bazarının zəif göstəriciləri fonunda ucuzlaşıb. İndiyada mərkəzi bankın iclası keçiriləcək; analitiklər inflyasiyanın kəskin yavaşlaması fonunda gözləyirlər ki, tənzimləyici pul-kredit siyasətini yumuşaldacaq və dərəcəni 25 b.p. azaldacaq.

Neft
Neft ABŞ neft institutunun hesabatı fonunda düşməyə davam edib, hesabat ehtiyatların gözlənilməz artımını göstərib. Mənbələrə görə, ABŞ-da xam neftinin ehtiyatları 1,8 mln. barrel artıb. Energetika Nazirliyinin rəsmi hesabatı günün ikinci yarısı dərc olunacaq.

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon(012) 310-33-30

www.afi.az  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296