BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
24 İYUL 2017
904

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-07-24 16:43:00

Fins.az iyul ayının 24-nə “AzFinance İnvestisiya Şirkəti” nin hazırladığı beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar

Beşinci gün ABŞ indeksləri D.Trampın fəaliyyətinə dair istintaqın genişləndirilməsi ilə bağlı investorların narahatlığları fonunda düşüblər. Avropa indeksləri də həmçinin aşağıya doğru hərəkət edirlər, bu Avro-nun rallisi fonunda və ixracatçı səhmlərinin təzyiqi altında baş verib. Asiya ticarət meydanları bu həftə açıqlanacaq korporativ hesabatlar və AMB-nin faiz dərəcəsi ilə bağlı qərarı ərəfəsində vahid dinamika göstərmirlər. Yaponiyanın Nikkei indeksi 0,7% itirir, Cənubi Koreya və Çin indeksləri isə bahalaşır.

Neft

Neft keçən həftənin sonu ucuzlaşmağa davam edib. Bu Petro-Logistics şirkətinin OPEC hasilatının sutkada 33 mln. barreldən artıq (ilin əvvəlindən ən yüksək səviyyə) qiymətləndirməsi fonunda baş verib. Bu günkü OPEC+ komitəsinin Sankt-Peterburq görüşü ərəfəsində Brent-in barreli 48,1$ səviyyəsində ticarət olunur. Razılaşmadan kənarlaşdırılan Liviya və Nigeriya son aylar ərzində hasilatı tarixi maksimumlara qədər qaldırıblar. Mənbələrə görə, Liviya sutkada 1,25 mln. barrel səviyyəsinə çatmayanadək hasilatı azaltmağı planlaşdırmır. Bildirilir ki, Nigeriya oxşar strategiya yürüdür.

 Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon(012) 310-33-30

www.afi.az  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır