BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
17 İYUL
234

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-07-17 12:55:00

Fins.az iyul ayının 17-nə “AzFinance İnvestisiya Şirkəti”nin hazırladığı beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

 Beynəlxalq bazarlar

ABŞ indeksləri beşinci gün ralli ediblər, S&P 500  DJIA tarixi maksimumları yeniləyiblər. JPMorgan və Citigroup-un korporativ hesabatları güclü olub, makrostatistika isə məyusedici olub. Asiya meydanları müsbət dinamika göstəriblər, bu Çinin güclü iqtisadi statistikası fonunda baş verib. Lakin bəzi Çin indeksləri enirlər, bu iqtisadiyyatın dövlət tənzimlənməsinin sərtləşdirilməsi ilə bağlı narahatlıqların göstəricisidir. 
Neft

Neft bazar iştirakçılarının optimizmi fonunda ötən həftəni artımla başa vurub. Buna bir neçə faktorlar kömək edir, o cümlədən ABŞ-da ehtiyatların azalması və BEA-nın xammala qlobal tələbatın artması proqnozu. Səhər Brent-in qiyməti dəyişməyərək 49$-ın üzərindədir.

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon(012) 310-33-30

www.afi.az  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9783
  • ₽ RUB
    0.0289