BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
14 İYUL
407

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-07-14 16:58:00

Fins.az iyul ayının 14-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar
C.Yellenin çıxışının ikinci hissəsi cümə axşamı indeksləri yenidən yuxarı apardı. DJIA tarixi maksimumu yenilədi, S&P 500 isə öz maksimumundan beş punkt aşağı bağlandı. Bu gün korporativ hesabatlarının çixması ərəfəsində maliyyə sektorunda olan JPMorgan Chase & Co., Well Fargo & Co. və Citigroup Inc. şirkətlərinin səhmləri artım liderləri olub. Tokio, Cənubi Koreya, Şanxay və Honq Konqda səhm bazarı səhər qalxır, Çinin qalan indeksəri düşür. AMB başçısının şərhlərindən sonra qlobal investorların diqqəti mərkəzində ABŞ-da inflyasiya üzrə makrostatistika və korporativ hesabatlıq yer alıb.
Neft
Beynəlxalq Enerji Agentliyi (BEA) hesabat dərc edib, material BEA-nın qlobal neft bazarının rebalansirovka tempində inamın azalmasına işarə edir. Brentin kotirovkaları ardıcıl dördüncü gün qalxıb, bu agentliyin dünyada neftə olan təlabatın sürətlənməsi haqda yenilənmiş proqnozu fonunda baş verib, hətta ehtiyatların azalmasının zəif olmasını nəzərə alsaq belə.

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon(012) 310-33-30

www.afi.az  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9783
  • ₽ RUB
    0.0289