BİRJA

Maliyyə Nazirliyi daha 5 milyon manatı yığacaq – HƏRRAC
14 İYUL
332

Maliyyə Nazirliyi daha 5 milyon manatı yığacaq – HƏRRAC

2017-07-14 15:25:00

İyulun 18-də Bakı Fond Birjasında keçiriləcək Maliyyə Nazirliyinin 5 milyon manatlıq dövlət ortamüddətli istiqrazları üzrə hərrac keçiriləcək. Fins.az xəbər verir ki, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 728 gündür.

İstiqrazlar 15% gəlirlilik vəd edir. Faizlərin ilk ödəniş tarixi 16.01.2018-ci il müəyyən edilib. Digər tarixlər isə belədir:

17.07.2018

15.01.2019

16.07.2019

Qeyd edək ki, ortamüddətli istiqrazların anderrayteri “Paşa Kapital İŞ” QSC-dir.

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+37°C
  • $ USD
    1.7017
  • € EUR
    1.9590
  • ₽ RUB
    0.0288