BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
13 İYUL
460

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-07-13 17:29:00

Fins.az iyul ayının 13-nə “AzFinance İnvestisiya Şirkəti”nin hazırladığı beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar

ABŞ-da indekslər qalxıb, xəzinə istiqrazları bahalaşıb. Dollar isə C.Yellenin şərhlərində düşüb. FED-in başçısı bildirib ki, tənzimləyici inflyasiyanın hədəf göstəricilərindən aşağı saxlanılması fonunda pul-kredit siyasətini sərtləşdirməyə tələsməyəcək.

DJIA tarixi maksimumu yenilədi, S&P 500 indeksi 0,7% qalxdı. Yüksək texnologiyalı səhmlər 1%-dən çox bahalaşıblar. Braziliya Realı keçmiş prezident Luis İnasio Lulu da Silvanın rüşvətxorluq və çirkli pulların yuyulmasında təqsirkar bilinməsindən sonra bahalaşıb.

Kanada dolları illik maksimumlara qədər bahalaşıb. Bu mərkəzi bankın son yeddi ildə ilk dəfə dərəcələrin qaldırması fonunda baş verib. Avropa səhmləri ralli ediblər. Asiya meydanları Amerika bazarının ardınca səhər müsbət dinamika nümayiş etdirirlər, yalnız Yaponiyanın Nikkei indeksi sıfırda ticarət olunur. Honq Konqun Hang Seng indeksi iki illik maksimumlarda möhkəmlənərək 1%-ə yaxın artıb. Cənubi Koreyanın KOSPİ indeksi gün ərzində maksimumu yeniləyib. Cənubi Koreyanın mərkəzi bankı gözlənilən kimi faiz dərəcələrini sabit saxladı. Asiya valyutaları, xüsusən Yena və Koreya Vonu möhkəmləniblər.
 
Neft 

ABŞ Energetika Nazirliyinin dünənki hesabatı xam neft ehtiyatlarının həftə ərzində proqnozdan 7,6 mln. barrel daha çox azalmasını göstərib. Benzin ehtiyatı 1,6 mln. barrel azalıb. Hesabat dərc olunduqdan sonra neft anında 2% artıb, lakin eyforiya uzun sürmədi: səhərə ticarət qırmızı zonaya keçdi, Brent 0,1% itirərək hazırda 47,6$ səviyyəsində ticarət olunur. Ehtiyatların azalması faktı qiymətin özünə qoyulub, hasilatın azaldılması miqyası proqnozlardan çox olması isə ABŞ-da şist ehtiyatların azalmasının stabil qalmasına olan şübhərləri aradan götürmədi.

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon(012) 310-33-30

www.afi.az  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285