BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
12 İYUL
514

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-07-12 14:50:00

Dollar ucuzlaşıb, müdafiə aktivləri yena və qızıl möhkəmləniblər.

Fins.az iyul ayının 12-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar

Dünən ABŞ prezidenti Donald Trampın kiçik oğlu rusiyalı hüquqşünasla elektron yazışmasını dərc edib. Bu yazışma onu göstərir ki, Rusiya hökuməti D.Trampı dəstəkləyirdi və Hillari Klintonun kampaniyasına zərər vurmağa çalışırdı. Kiçik Trampın elektron məktubları ABŞ bazarlarında sakitliyi pozub, ticarət sessiyasının ortasında qısa müddətli satışlar aktivləşib.

Buna baxmayaraq S&P 500 indeksi kiçik plyusda bağlanaraq bərpa oluna bilib. Texnoloji səhmlər Nasdaq indeksini yuxarı apararaq qalxıblar. DJIA isə yenidən sıfırda bağlanıb. Volatillik indeksi VİX xəbərlər fonunda qısa müddətdə 12,14 səviyyəsinə kimi artıb. Ancaq tez bir zamanda 10,89 -a qədər korreksiya olunub.

Beynəlxalq bazarlarda dollar ucuzlaşıb, müdafiə aktivləri yena və qızıl möhkəmləniblər. Honq Konqdan başqa digər Asiyanın digər valyuta bazarları neqativ dinamika nümayiş etdirirlər: Hang Seng 0,6% artıb. Dünənki siyasi xəbərlərdən sonra fokusda yenidən FED-in başçısı C.Yellenin çıxışı və korporativ hesabatlıq mövsümünün başlanmasıdır. 

Neft

Analitiklər xəbərdarlıq edirlər ki, bazarın yenidən balanslaşdırılması OPEC-in gözlədiyindən daha yavaş gedir, buna nail olmaq və neft rallisini bərpa etmək üçün isə ehtiyatların davamlı azalmasına zərurət yaranır. Həmçinin, ABŞ-da fəaliyyətdə olan neft buruqlarının sayının azalmasına ehtiyac var.

Brent-in qiyməti ötən həftə ABŞ-da ehtiyatların azalması fonunda 1,6% bahalaşıb. Beynəlxalq Enerji Agentliyinin rəsmi hesabatı bu günun ikinci yarısında çıxacaq.   

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon(012) 310-33-30

www.afi.az  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+31°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294