BİRJA

Tələb təklifi 3,8 dəfə üstələdi – HƏRRAC
11 İYUL
704

Tələb təklifi 3,8 dəfə üstələdi – HƏRRAC

2017-07-11 17:32:00

Bu gün iyulun 11-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 20 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Fins.az xəbər verir ki, qiymətli kağızların tədavül müddəti 364 gündür.

Hərrac zamanı 13 investordan 28 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 76 milyon 617 min 100 manat təşkil edib.

Sifarişlər 86.3462 AZN (15.8999%) və 90.9317 AZN (10.0275%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 90.1390 AZN (11.0000%), orta ölçülmüş qiyməti 90.2626 AZN (10.8472%) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 12.07.2017 (t+1) tarixində həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 20 milyon manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 10.07.2018-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+30°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294