BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
07 İYUL
455

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-07-07 15:08:00

Fins.az iyul ayının 07-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar
Qlobal mərkəzi banklarının “qırğı” şərhləri son həftələr suveren istiqrazların gəlirliyini artırıb, eyni zamanda ADP özəl şirkətinin dünənki hesabatı analitiklərin gözləntilərini doğrultmadı və özəl şirkətlərdə iş yerləri sayının artmının zəifləməsini göstərdi. Bu siqnal ABŞ-da iqtisadi artımın zəifləyə biləcəyini göstərir, öz növbəsində səhm bazarını təzyiq altına salaraq. S&P 500 indeksi 1% itirərək son yeddi həftədə birinci dəfə 50-günlük orta göstəricisindən aşağı bağlandı. Enmənin liderləri sırasında yüksək dividənd gəlirliyi verən şirkətlərin səhmləri və xəzinə istiqrazlarının tərpənməsinə xəssas olanlar yer alıblar. DJIA və Nasdaq həmçinin 1%-ə yaxın itiriblər. ABŞ Əmək Nazirliyinin əmək bazarı üzrə rəsmi statistikası bu gün gözlənilir. Avropanın suveren istiqrazlarının gəlirlikləri qalxıblar, Almaniyanın 10-illik bondların gəlirliyi 18 aylıq maksimuma çatıb. Avropada səhm indeksləri neqativ dinamika nümayiş etdiriblər. Oxşar vəziyyət Asiya meydanlarındada müşahidə olunur: əsas indekslər enirlər, istisna 0,2% artıran Shanghai Comp. indeksidir.
Neft
ABŞ ehtiyatları üzrə statistikasından gələn pozitiv uzun sürməyib. Energetika Nazirliyinin dünənki hesabatına əsasən xam neftin ehtiyatı 6,3 mln. barrel azalıb, by üç dəfə proqnozlardan çoxdur, benzin ehtiyatı 3,7 mln. barrel düşüb, distillat ehtiyatı isə 1,9 mln. barrel azalıb. Bununla belə, statistika ABŞ-da hasilatın artımını göstərib. Bunun fonunda Brent 2,7% yaxın itirir və hazırda 46,6-46,7$ səviyyəsində ticarət olunur.

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon(012) 310-33-30

www.afi.az  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294